Ramil Usubovun dünyasını dəyişən kürəkəni ilə bağlı DETALLAR

Ramil Usubovun kürəkəni, polis mayoru Kamran Xankişiyev bu gün – oktyabrın 5-də vəfat edib.
Avtosfer.az xəbər verir ki, qəfil dünyasını dəyişib. İlkin məlumatlarda ölümün ürək tutması nəticəsində baş verdiyi bildirilir. Kamran Xankişiyevin iki övladının olduğu qeyd edilir.
Xankişiyev uzun illər Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Prezidentinin 2007-ci il tarixli sərəncamı ilə Kamran Bəylər oğlu Xankişiyev “İgidliyə görə” medalı ilə təltif edilib.
2010-cu ildə DİN-in mətbuat xidmətinə istinadən yayılan məlumatda onun Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı və polis mayoru olduğu bildirilib.
Kamran Xankişiyevin adı həmin illərdə baş vermiş bir hadisə ilə də mediada hallanıb. DİN-in açıqlamasına əsasən, o, tabeliyində olan silahla ehtiyatsız davranması nəticəsində xəsarət alıb. Nazirlik bəzi media orqanlarında hadisənin ilkin olaraq fərqli şəkildə təqdim edildiyini bildirib. Faktla bağlı toplanmış materialların hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərildiyi açıqlanıb.
Sonrakı illərdə Xankişiyevin dövlət strukturlarında fəaliyyətini davam etdirdiyi barədə məlumatlar yayılıb. Müxtəlif media materiallarında onun Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasında çalışdığı da qeyd olunub./Bakıvaxtı.az/
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












