Ramin Bayramov: "Azərbaycanda elektrikli avtomobillərlə bağlı müəyyən layihələrin icrası lazımdır"

"2018-ci ilin göstəricilərinə əsasən, dünyada elektrikli avtomobillərin sayı 5,1 milyon olub". Avtosfer.az xəbər verir ki, bunu Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramının müzakirəsi və ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqinə həsr olunmuş ictimai müzakirədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə müdiri Ramin Bayramov deyib. Onun sözlərinə görə, bu 2017-ci ilin statistik göstəricilərindən, təxminən, 2 dəfə çoxdur: "Bir sıra beynəlxalq təşkilatların araşdırmasına əsasən 2030-cu ildə dünyada elektrikli avtomobillərin sayı 120 milyona çatacaq. Bu istiqamətdə Azərbaycanda da müəyyən layihələrin icrası lazımdır. Biz də bununla bağlı aidiyyatı qurumlarla əməldaşlıq edirik. Ümid edirik ki, bunlar elektrikli avtomobillərdən istifadənin ölkədə genişləndirilməsində müsbət rol oynayacaq".
Qeyd edək ki, Azərbaycanda hibrid və elektikli avtomobil istifadəçilərin sayı artır. Artıq Bakının bir neçə yerində - Heydər Əliyev Mərkəzinin yanında, “Park Bulvar” alış-veriş mərkəzinin ərazisində və Dövlət Bayrağı Meydanı Kompleksi ərazisində elektromobil üçün enerji doldurma məntəqələri yaradılıb. Bununla yanaşı, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bir neçə yanacaqdoldurma məntəqələrində də elektromobilləri şarj etmək mümkündür. Bu məntəqələrdə şarj xidməti pulsuzdur.
Azərbaycanda hibrid avtomobillərin və elektromobillərin təmiri ilə məşğul olan bir neçə servis fəaliyyət göstərir. Mütəxəssislərin fikrincə, ehtiyat hissələrinin tapılması və təmir rahat başa gəlsə də, bu fikri elektromobillərdə yerləşdirilmiş batareyalara aid etmək olmaz.
Xatırladaq ki, bu il yanvarın 1-dən Azərbaycana idxal olunan elektrikli avtomobillərə yalnız 15%-lik əlavə dəyər vergisi tətbiq edilir.
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO










