“Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı” - Qabil Hüseynli

"Bizə demişdilər ki, əgər cəsəd tam aşkar olunmasa, pilotun bir ayağını dəfn edək". Avtosfer.az xəbər verir ki, bu fikirləri yenicag.az-a açıqlamasında iyulun 24-də qəzaya uğramış MiQ-29 hərbi təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin cəsədinin tapılmasına münasibət bildirən hərbiçinin qayınatası, politoloq Qabil Hüseynli deyib.
Qabil Hüseynlinin sözlərinə görə, həlak olmuş pilotun ayağının biri axtarışların ilk günü tapılıbmış: "Polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi bu gün səhər tapılıb. Cəsədi təxminən tanımaq olurdu, amma cəsəddə deformasiyalar var idi. Təyyarə düşəndə "preslənib". Kreslo çox möhkəm hazırlandığından, pilotun oturduğu kabinə demək olar ki, dağılmayıb. Onun əzalarının da müəyən hissələri tapılıb. Açığı, Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı. Bizə demişdilər ki, əgər cəsəd tam aşkar olunmasa, pilotun bir ayağını dəfn edək. Sonra axtarışlar daha ciddi surətdə aparıldı və bu gün cəsəd tapıldı".
Qabil Hüseynli qeyd edib ki, Rəşad Atakişiyev katapultdan istifadə etməyib: "Əgər etsəydi, kreslo tapılmazdı".
Məlumata görə, pilot Rəşad Atakişiyevlə vida mərasimi sabah Müdafiə Nazirliyinin Tədris Mərkəzində keçiriləcək və hərbçi İkinci Fəxri Xiyabanda dəfn ediləcək.
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










