Rəsmi servisdən "Changan" aldı, qüsurlu çıxdı - Vətəndaş məhkəmə ilə hədələnir - VİDEO

Yeni avtomobil almaq həmişə xoş xəbər olsa da, bəzən bu sevinc cəmi bir neçə gün çəkir. Paytaxt sakini Fuad bəyin başına gələnlər isə həm sürücülər, həm də avtomobil bazarını izləyənlər üçün ciddi siqnal sayıla bilər. Avtosfer.az “demokrat.az”a istinadla xəbər verir ki, rəsmi dilerdən 150 min kilometr zəmanətlə "Changan" markalı avtomobil alan vətəndaşın səfəri cəmi səkkiz gün sonra servisdə bitib. Avqustun 18-də böyük ümidlərlə alınan maşının sürətlər qutusunda (karobka) ciddi zavod qüsuru aşkarlanıb. Fuad bəyin sözlərinə görə, diler mərkəzi problemi aradan qaldıracaqlarını və hissəni dəyişəcəklərini vəd etsə də, artıq altı aydır ki, heç bir irəliləyiş yoxdur. Üstəlik, servisdən ona gözləmə müddətinin daha 3-4 ay çəkə biləcəyi bildirilib. Vəziyyəti qəlizləşdirən əsas məqam isə avtomobilin kreditlə alınmasıdır. Sürücü artıq üç aydır ki, maşının üzünü görməsə də, bank və servis tərəfi ödənişlərin davam etdirilməsini tələb edir. Əks halda isə onu məhkəmə ilə hədələyirlər. Hüquqi baxımdan zəmanətli avtomobilin bu qədər uzun müddət təmirdə qalması və qarşılığında sürücüyə əvəzedici nəqliyyat vasitəsinin verilməməsi tərəflər arasındakı mübahisəni daha da alovlandırır. Fuad bəy hesab edir ki, istifadə edə bilmədiyi avtomobil üçün ödəniş tələb edilməsi məntiqsizdir. Hazırda avtomobil servisdə, sahibi isə həm piyada, həm də borclu vəziyyətdə qalıb. Prosesin necə yekunlaşacağı və dilerin bu qədər uzunmüddətli gecikməyə görə kompensasiya ödəyib-ödəməyəcəyi hələ ki qeyri-müəyyən olaraq qalır.
Qeyd edək ki, məlumatı jurnalist Elvin Basqallı paylaşıb.
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












