Respublika əhəmiyyətli I dərəcəli yollarda sürət həddi azaldılıb - QƏRAR

Azərbaycanda I dərəcəli yolların kateqoriyaları üçün hesabi sürət hədləri müəyyənləşdirilib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edib. İndiyə qədər I dərəcəli bütün yollarda hesabi sürət 150 km/saat, dərə-təpəli yer şəraitində 120 km/saat, dağlıq yer şəraitində 80 km/saat olub. Dəyişikliyə əsasən, bundan sonra yalnız Ia dərəcəli magistral yollarda hesabi sürət 150 km/saat, dərə-təpəli yer şəraitində 120 km/saat, dağlıq yer şəraitində 80 km/saat olacaq. Respublika əhəmiyyətli Ib dərəcəli sürətli avtomobil yollarında hesabi sürət 120 km/saat, dərə-təpəli yer şəraitində 100 km/saat, dağlıq yer şəraitində 60 km/saat olacaq. Yeni yol dərəcəsi kimi müəyyənləşdirilmiş Ic dərəcəli yollarda isə hesabi sürət 100 km/saat, dərə-təpəli yer şəraitində 100 km/saat, dağlıq yer şəraitində 60 km/saat olacaq.
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA











