Reyd zamanı iki “FİAT”dan oğurluq dana aşkarlandı: 5 nəfər həbs olundu – FOTO

Reyd zamanı Yol polisi əməkdaşlarının saxladığı iki minik avtomobilindən dana aşkarlanıb.
Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə günorta saatlarında Qəhrəmanmaraş vilayətinin Qapıçam–Təvəkkəli yolunda baş verib.
Məlumata görə, Dulkadiroğlu Polis Şöbəsinin əməkdaşları reyd zamanı, arxa-arxaya gedən 46 VG 958 ilə 44 EP 987 dövlət qeydiyyat nömrə nişanlı iki “FİAT” markalı minik avtomobilinin sürücülərini saxlamaq istəyiblər. Sürücülər polisin “Saxla” əmrinə tabe olmayaraq yollarına davam ediblər. Bundan sonra şübhəlilər və polis arasında qaçdı-qovdu başlayıb.
Sürücülər bir müddətdən sonra saxlanılıb. Polis əməkdaşlarının nəqliyyat vasitələrinə baxışı zamanı arxa oturacaqlarında 2 dana olduğu məlum olub. Həmçinin araşdırma vaxtı müəyyən olunub ki, danalar oğurluqdur.
Maşınlardakı 5 nəfər həbs edilib. Nəqliyyat vasitələri isə içərisindəki mallarla birgə polis şöbəsinin həyətinə aparılıb.
Namiq Musayev





Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












