"Ronaldo səndən yaxşıdır" dedi, Messi belə cavab verdi

Argentina-İngiltərə matçında Lionel Messi ilə Cud Bellinqem arasında dialoq gerçəkləşib. Avtosfer.az "Savaşmedia"ya istinadən xəbər verir ki, iddialara görə, müxbir oyundan sonra C.Bellinqemdən Messiyə nə dediyini soruşub.
“Önəmli bir şey deyildi. Ona yüksək vəzifəli rəsmilərin köməyi ilə bura qədər gəldiyini və bunu bütün dünyanın bildiyini dedim. Ona bildirdim ki, özünü xüsusi hiss etməsin. Dedim ki, Ronaldo ondan çox yaxşıdır. Uzaqlaşmadan öncə ona dediyim son sözlər bunlar idi”, – Bellinqem bildirib.
İddialara görə, L.Messi isə C.Bellingemə “oynayaq, sonda görərik” cavabını verib.
Xatırladaq ki, matç Argentinanın 2:1 hesablı qələbəsi ilə bitib. Hesabı Entoni Qordonun qolu ilə İngiltərə açıb. Argentinada Enso Fernandes hesabı bərabərləşdirib. Lautaro Martines 90+2-ci dəqiqədə komandasını önə keçirərək Argentinanı finala çıxarıb. Argentinanın hər iki qolu Messinin ötürməsindən sonra vurulub.
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib












