Rusiya ilə sərhəddə yük maşınlarının sıxlığına aydınlıq gətirildi

Son bir neçə gündə Azərbaycan-Rusiya sərhədində yük maşınlarının keçməsi ilə bağlı problem yarandığı barədə xəbərlər gəlir. İddiaya görə, hazırda 400-ə yaxın yük maşını sərhəddə saxlanılıb. Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı "Sputnik Azərbaycan"a məlumat verən Dövlət Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov qeyd edib ki, həqiqətən də Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur. "Problemin yaranmasına səbəb Rusiya Federasiyası tərəfində yerləşən gömrük-keçid məntəqəsində inşaat işlərinin aparılması, mövsümlə əlaqədar yükdaşımaların həcminin artması, hava şəraiti ilə əlaqədar Gürcüstanla Rusiya arasındakı gömrük-keçid məntəqəsindən yük nəqliyyat vasitələrinin buraxılmaması və bu marşrutdan istifadə edən nəqliyyat vasitələrinin alternativ yol kimi Azərbaycan ərazisindən istifadə etməsidir" – deyə o qeyd edib.
Onun sözlərinə görə, hazırda "Samur" gömrük postunun ixrac nəzarət xətti ilə avtomobillərin yola salınmasında heç bir problem yoxdur və hazırda gün ərzində qarşı tərəfin buraxılış potensialına uyğun olaraq 250-yə qədər yük nəqliyyat vasitəsinin keçidi təmin edilir. Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturları sərhədkeçmə proseslərinin sürətləndirilməsi məqsədilə Rusiya tərəfi ilə müntəzəm danışıqlar aparır.
Xatırladaq ki, sərnişinlərin, yüngül minik vasitələrinin sərhədkeçmə prosesində və idxal gömrük nəzarəti xəttinin fəaliyyətində hər hansı problem yoxdur.
İlham Əliyevin Qazaxıstan səfəri başa çatdı - VİDEO
Prezidentin bugünkü Qazaxıstan səfərindən VİDEOÇARX
Nəqliyyat xidmətləri artıq istifadəyə verilib - WUF13 Əməliyyat Şirkəti
Bakı yollarında tıxac belə həll olunacaq - DETALLAR
Paytaxtın 16 küçəsində sıxlıq var - SİYAHI
Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü; uzun tıxac yarandı - FOTO - VİDEO
Dəmir yollarında üztanıma ilə ödəniş təhlükəsizliyi artıracaq - Ekspert - VİDEO
Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Sosial şəbəkələrin psixologiyaya təsiri: “İnsanlar başqası olmağa çalışır”
Onlayn kreditlər niyə populyarlaşıb? – Ekspertdən AÇIQLAMA
Şəhərin mərkəzində çəkilən qeyri-adi qoşa xətt narazılıq doğurur - VİDEO










