Rusiya MN açıqladı: "Əsəd qüvvələri Münbiçə nəzarəti ələ keçirib"

Əsəd qüvvələri Suriyanın Münbiç şəhərində 1000 km əraziyə nəzarəti ələ keçirib.
Avtosfer.az Yenicag.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi rəsmi açıqlama verib.
Məlumatda həmçinin, Tabqadakı hava limanı və iki su elektrik stansiyasının da nəzarətə alındığı qeyd edilib.
Qeyd edək ki, “Barış pınarı” əməliyyatlarının başlamasının ardından bölgədəki ABŞ və koalisiya qüvvələri geri çəkilmək qərarı alıb. Bunun ardından Əsəd qüvvələri və Rusiyanın Suriyadakı ordusu ABŞ-ın bölgədən çıxmasından sonra nəzarəti ələ almaq üçün əraziyə daxil olacağını bildirib.
Koalisiya qüvvələrinin sözcüsü Mayles Çaqinz rəsmi Twitter hesabından açıqlama verərək Münbiçdən çıxdıqlarını bildirib.
Rusiya Müdafiə Nazirliyi bölgədə əməliyyat aparan Türkiyə ordusu ilə kordinasiyalı şəkildə çalışdıqlarını bildirib. Nazirlik həmçinin, iki ölkə ordularının nəzarət etdiyi ərazilər arasında nəzarət funksiyası apardıqlarını əlavə edib.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI











