Rusiya ordusu Xarkovda nəzarət zonasını genişləndirməyə çalışır

Rusiya Silahlı Qüvvələri Xarkov vilayətində mühasirə halqası daxilində yerləşən üç yaşayış məntəqəsi uğrunda döyüşlər aparır.
Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, nəzarət zonasının genişləndirilməsi çərçivəsində döyüş əməliyyatları Nefedovka, Varvarovka və Nikolayevka istiqamətlərində aparılır.
Xatırladaq ki, oktyabrın 10-da Rusiya hərbçiləri Xarkov vilayətində Lukaşovo və Lobanovka kəndlərinə nəzarəti ələ keçirdiklərini açıqlamışdılar. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, həmin yaşayış məntəqələri bölgədə mühasirə halqasını daraldan və nəzarət zonasını genişləndirən "Şimal" qoşun qruplaşmasının bölmələrinin fəaliyyəti nəticəsində ələ keçirilib.
Oktyabrın 8-də isə Xarkov vilayətindəki Annopolye yaşayış məntəqəsinin də Rusiya ordusunun nəzarətinə keçdiyi bildirilmişdi.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












