Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsi dördüncü ilinə yaxınlaşdıqca döyüşlərin xarakterində də müəyyən dəyişikliklər müşahidə olunur.
Avtosfer.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsində cəbhələr dəyişib. Hücuma isə daha çox Rusiya deyil, Ukrayna keçir. Ötən gün Ukrayna tərəfi Voronej vilayətini vurub və ölənlər var.
Bəs müharibənin gedişatında nələr dəyişib. Rusiya artıq ehtiyatı əldən verib yoxsa Ukraynanın yeni dəstəkçiləri var?
Mövzu ilə bağlı politoloq Turan Rzayev Avtosfer.az-a açıqlamasında bildirib ki, müharibənin gedişatına nəzər saldıqda son dövrlər Rusiyanın daha aqressiv hücumlar həyata keçirdiyini görürük:
.jpg)
"Bunun əsas səbəblərindən biri Ukraynanın Moskva və Rusiyanın digər bölgələrinə zərbələr endirməsidir. Ən azı pilotsuz uçuş aparatlarından istifadə baxımından Ukrayna müəyyən üstünlük əldə edə bilib. Bu isə Rusiyanın cavabsız qalacağı anlamına gəlmir. Ukraynanın əsas məqsədlərindən biri Rusiyanı daha aqressiv addımlar atmağa sövq etmək və bunun fonunda Avropa ilə ABŞ-dən əlavə yardım paketləri əldə etməkdir. Rusiya nə qədər sərt zərbələr endirsə də, Ukraynaya beynəlxalq dəstək də bir o qədər arta bilər. Rusiyanın əlində hələ də kifayət qədər silah, texnologiya və resurslar mövcuddur. Ola bilsin ki, canlı qüvvə baxımından əvvəlki illərlə müqayisədə səfərbərlik imkanları müəyyən qədər zəifləyib. Ancaq ümumi potensial baxımından Rusiyanın Ukraynadan üstün olduğu görünür".
Politoloq qeyd edib ki, müharibədə haqlı tərəf Ukraynadır və ərazi bütövlüyünün bərpası onun legitim hüququdur:
"Lakin Ukrayna eyni zamanda müharibəni Rusiyanın daxilinə daşımağa çalışır. Bunun nə dərəcədə effektiv olacağı isə açıq sual olaraq qalır. Arxa cəbhəyə endirilən zərbələr Rusiyaya müəyyən ziyan vursa da, eyni zamanda Moskvanın daha sərt reaksiyasına səbəb olur. Hazırkı mərhələdə müharibənin davam etməsi Ukraynaya ciddi üstünlüklər qazandırmır. Ən yaxşı variant tərəflərin atəşkəs razılaşmasına gəlməsi, mövcud reallıqlar və ya mümkün güzəştlər əsasında kompromis tapması və diqqəti gələcək inkişaf perspektivlərinə yönəltməsidir. Putinin hakimiyyətdə olduğu dövrdə Ukrayna Rusiya ilə davamlı və etibarlı siyasi dialoq qura və ya hərbi yolla həlledici üstünlük əldə edə bilər. Bu səbəbdən müəyyən ərazi güzəştləri hesabına olsa belə, atəşkəs razılaşması imzalana bilər. Sonrakı mərhələdə isə Ukrayna öz iqtisadi, hərbi və siyasi potensialını gücləndirərək gələcək dövrə hazırlaşmalıdır".
Politoloq Əziz Əlibəylinin fikrincə isə, Rusiyanın bu mərhələdə həlledici üstünlüyü var və ya Qərbin Ukraynaya dəstəyi zəifləyib:
.jpg)
"Əksinə, Rusiya cəbhə xəttində müəyyən epizodik irəliləyişlər əldə etsə də, bunlar müharibənin ümumi gedişatına və taleyinə ciddi təsir göstərə biləcək səviyyədə deyil. Hazırda diqqət çəkən əsas məqam müharibənin arxa cəbhəyə daşınmasıdır. Moskva və Voronej istiqamətlərinə endirilən zərbələr Rusiyanın cəbhəyə doğru logistikasını, eləcə də Krım istiqamətindəki təchizat xətlərini zəiflətməyə hesablanıb. Məhz bu aspekt müzakirə edilməlidir. Digər tərəfdən, burada Qərbin Ukraynaya davam edən və bəzi sahələrdə artan dəstəyini də müşahidə etmək mümkündür. Şübhəsiz ki, Rusiyanın geniş hərbi, iqtisadi və coğrafi resursları ona uzunmüddətli müqavimət göstərmək imkanı verir. Lakin mövcud vəziyyətə əsasən, müharibənin gedişatında hələlik həlledici dönüş nöqtəsinin yarandığını söyləmək çətindir".
Fatimə Dadaşova
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO










