Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ

““Bloomberg” agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib”.
Avtosfer.az xəbər verir ki, bunu öz sosial media hesabında politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, Yeni Dehli bir tərəfdən Rusiyadan güzəştli qiymətlərlə neft alır, digər tərəfdən isə Ukraynanı silahlandıran Avropa ölkələrinə sursat satışını təxminən 18 dəfə artırıb.
.jpg)
“Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Hindistan istehsalçıları Avropa ölkələrinə ən azı 872 milyon dollar dəyərində sursat və hərbi təyinatlı materiallar ixrac ediblər. Bu məhsullar arasında artilleriya mərmiləri, minaatan sursatlar, raket yanacağı və partlayıcı maddələr var.
Avropa ölkələrinin hərbi istehsalı Ukraynanı Rusiya ilə müharibədə təminatında çətinlik yaradır. Avropa bundan çıxış yolu ilə kimi başqa dövlətlərdən hərbi texnikanı alıb Ukraynaya göndərməkdə görür. Məsələn, Donald Tramp Prezident seçildikdən sonra ABŞ Ukraynaya havayı silah və hərbi texnika göndərmir. Bunun əvəzinə Avropa həmin hərbi texnikanı pulla ABŞ-dən alaraq Ukraynaya çatdırır. Avropa ölkələri 2022-ci ildə Ukrayna üçün bir milyon artilleriya mərmisi istehsal etməyi planlaşdırsalar da, istehsal imkanlarının məhdudluğu səbəbindən bu hədəfə hələ də çata bilməyiblər. Bu səbəbdən artilleriya atəşinə görə Ukraynanı dəfələrlə üstələyə Rusiya ordusu dağıdıcı zərbələri artırmaq imkanına malikdir.

Avropa ABŞ ilə yanaşı Hindistanın da hərbi istehsalından faydalanır. Hindistanın hərbi sənaye müəssisələrinin Avropa ölkələri ilə müxtəlif sazişləri mövcuddur. Mövcud sazişlər Hindistana əlavə gəlir qazanmağa imkan verir. Hindistan buna sırf kommersiya sövdələşmələri kimi yanaşır. Hindistan Rusiya ilə müxtəlif sahələrdə əməkdaşlığını davam etdirsə də, müdafiə sənayesi sahəsində əməkdaşlığın miqyası azalıb. Hindistan birinci növbədə özünün hərbi-sənaye kompleksini inkişaf etdirməyə qərar verib. İkincisi, Hindistan ona lazım olan hərbi təyyarələri və hərbi gəmiləri isə Qərbdəki müttəfiqlərindən almağa üstünlük verir. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Qərbin Hindistanın hərbi texnikasına da ehtiyacı yaranıb. “Bloomberg”in məlumatına görə, Hindistanın Avropaya sursat ixracının təxminən 75 faizi 13 ölkənin payına düşüb. Həmin ölkələrin Hindistandan sursat idxalı on dəfədən çox artıb. Avropa dövlətləri Hindistandan aldıqları silahları həm öz ehtiyacların üçün təmin edirlər, həm də Ukraynaya göndərirlər”.
Səfər
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB
Tıxacda avtomobillər arasında neçə metr məsafə olmalıdır? – EKSPERT
Bakıda piyadaların hərəkətini çətinləşdirən əsas problem nədir? – ARAŞDIRMA
Bakıda eyni ildə tikilən binalardan birinə niyə abidə statusu verilməyib? - FOTO
Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO












