Rusiyadan Gürcüstana aviadaşımalar qadağan olunub

Rusiya aviaşirkətlərinin Gürcüstana daşımalar həyata keçirməsi qadağan olunub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putinin iyunun 21-də imzaladığı fərman bu gündən qüvvəyə minib. Bu gündən etibarən həmçinin Rusiyanın Nəqliyyat Nazirliyinin qərarı ilə Gürcüstan aviaşirkətlərinin ölkə ərazisinə uçuşları da dayandırılıb. Gürcüstana Rusiyanın altı – “Aeroflot”, “Ural hava yolları”, “Red Wings”, “Pobeda” və “Smartavia” aviaşirkətləri reyslər həyata keçirib. Rusiyaya isə Gürcüstanın iki “Georgian Airways” və “MyWay” aviadaşıyıcısı müntəzəm birbaşa reyslər yerinə yetirib. Rusiyaya uçuşlara qadağa ilə əlaqədar olaraq “Georgian Airways” şirkəti Tbilisi-Moskva-Tbilisi istiqaməti əvəzinə sərnişinlərə Tbilisi-Yerevan-Moskva-Yerevan-Tbilisi marşrutu üzrə xidmət göstərəcək.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











