Rusiyaya qaçan Bəşər Əsəd görün orada nə işlə məşğulmuş

Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin Rusiyadakı həyatı ilə bağlı yeni məlumatlar yayılıb.
Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, Türkiyə mediasının yazdığına görə, 2024-cü ilin sonunda hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Moskvaya sığınan Əsəd artıq siyasi fəaliyyət göstərmir və diqqətini uzun illər əvvəl tərk etdiyi peşəsinə – oftalmologiyaya (göz həkimliyinə) yönəldib.
Məlumata görə, Moskvada ailəsi ilə birlikdə qapalı və ciddi mühafizə olunan şəraitdə yaşayan keçmiş Suriya lideri rus dilini öyrənir, tibbi biliklərini yeniləyir və oftalmologiya üzrə dərslərdə iştirak edir. Mənbələr bildirirlər ki, Əsəd siyasi gündəmdən tamamilə uzaqlaşıb və vaxtının böyük hissəsini tibb sahəsində biliklərini bərpa etməyə sərf edir.
Musavat.com xatırladır ki, Bəşər Əsəd peşəkar göz həkimidir. O, Dəməşq Universitetinin Tibb fakültəsini bitirib, daha sonra Böyük Britaniyada oftalmologiya üzrə təhsil alıb və həkim kimi fəaliyyət göstərib. Lakin 1994-cü ildə böyük qardaşı Basil Əsədin avtomobil qəzasında həlak olmasından sonra atası Hafiz Əsəd onu Suriyaya çağırıb və siyasi varis kimi hazırlamağa başlayıb. 2000-ci ildə Hafiz Əsədin ölümündən sonra isə Bəşər Əsəd prezident vəzifəsinə gətirilib.
Britaniya mediasında dərc olunan məlumatlarda da qeyd edilir ki, Əsəd ailəsi Moskvada Rusiyanın siyasi və iqtisadi elitasının yaşadığı prestijli məhəllələrdən birində yaşayır. İddialara görə, keçmiş prezident ictimaiyyət qarşısına çıxmır, keçmiş rejim nümayəndələrinin əksəriyyəti ilə də əlaqə saxlamır və mümkün qədər diqqətdən kənarda qalmağa çalışır.
Bəşər Əsəd 2024-cü ilin dekabrında Suriyada silahlı müxalif qüvvələrin Dəməşqi nəzarətə götürməsindən sonra ölkəni tərk edərək Rusiyaya sığınıb. O, daha əvvəl verdiyi açıqlamada Rusiyanın koordinasiyası ilə əvvəlcə Latakiyadakı Hmeymim aviabazasına, daha sonra isə Moskvaya təxliyə olunduğunu bildirmişdi.
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB











