Ruslar Türkiyədə 2 milyon dollar dəyərində yaxtanı qaçırıblar

Rusiyanın Dəniz Donanmasının istefada olan polkovnikinin rəhbərlik etdiyi bir qrup rusiyalı Türkiyənin Marmaris şəhərində 2 milyon dollar dəyərində yaxtanı qaçırıblar. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, “Deniz Gazete”in verdiyi xəbərə görə, yaxtanı qaçıranlardan biri Moskvada saxlanılıb.
Məlumata görə, iyulun 13-də Rusiya vətəndaşları bir həftə müddətində yaxtanı icarəyə götürüblər. Çarter şirkəti isə yaxtanın limana qayıtmadığını bildirib. Sonradan isə yaxta iyulun 16-da Türkiyənin ərazi sularını tərk edib. Yaxtanı icarəyə verən şirkət “İnterpol”a müraciət etdikdən sonra yaxtanın 8 nəfər tərəfindən qaçırıldığı məlum olub.
Bildirilib ki, Rusiyanın Dəniz Donanmasının istefada olan polkovniki Oleq Popilovun rəhbərlik etdiyi banda son 4 ildir Aralıq dənizində fəaliyyət göstərir. Ötən il onlar 49 yaxta, bu il isə 37 yaxta qaçırıblar. Onlardan yalnız 6-sı tapılıb. Ümumilikdə Türkiyədən 16 yaxta oğurlanıb. Moskvada bandanın bir üzvü Anatoliy Şutov həbs edilib. Digərləri isə beynəlxalq axtarışa verilib.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI











