Ruslar yenidən kütləvi şəkildə Ermənistana köçür

Rusiyadan Ermənistana köçənlərin sayında yenidən kəskin artım müşahidə olunur və bu, artıq 2022-ci ildəki səviyyəyə yaxınlaşıb. Avtosfer.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə “Verstka” nəşri Ermənistandakı daşınmaz əmlak agentlərinə istinadən məlumat yayıb. Rieltorların sözlərinə görə, son bir neçə ayda İrəvanda mənzil kirayəsi qiymətləri təxminən 30% artıb. Onlar bunu Ermənistana gələn yeni rusiyalı miqrant axını ilə əlaqələndirirlər. Mənbənin bildirdiyinə görə, son illərdə onların müştərilərinin əksəriyyətini artıq İrəvanda yaşayan rusiyalı mühacirlər təşkil edirdi. Hazırda isə müştərilərin təxminən 80%-i Ermənistana yeni gələn və ya yaxın vaxtlarda köçməyi planlaşdıran Rusiya vətəndaşlarıdır. Rieltorlar bildirirlər ki, yeni tələbat dalğası may bayramlarından sonra başlayıb və getdikcə güclənir. Müştərilərin bir hissəsi artıq avqustun sonu və sentyabr ayı üçün mənzil axtarır. “Verstka”nın həmsöhbətlərindən biri iddia edir ki, Rusiyanı tərk edənlərin bir qismi sentyabrın 18–20-də keçiriləcək Dövlət Dumasına seçkilərdən əvvəl ölkədən çıxmağa çalışır.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












