Rustavi-Qırmızı Körpü yolunun tikintisi üzrə yenidən tender elan olunub

Gürcüstanda Azərbaycan və Ermənistan sərhədlərinə çıxışı təmin edəcək Rustavi-Qırmızı Körpü və Alget-Sadaxlı avtomobil yolu layihəsinin tikintisi üzrə beynəlxalq tenderlər yenidən elan edilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, layihə çərçivəsində avtomobil yolu dörd hissə üzrə inşa olunacaq: Rustavi–Algeti (I lot), Algeti–Qırmızı Körpü (II lot), Algeti–Arfalo (III lot) və Arfalo–Sadaxlo (IV lot).
Qeyd olunub ki, sözügedən magistral yol Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm hissəsini təşkil edir və Gürcüstanın yol infrastrukturunu Azərbaycan və Ermənistan sərhədləri ilə birləşdirəcək.
Layihə çərçivəsində beynəlxalq yol təhlükəsizliyi standartlarına uyğun, küçə işıqlandırma sistemi ilə təchiz edilmiş 61,2 kilometrlik dörd zolaqlı beton avtomobil yolunun, həmçinin 26 körpü və 11 nəqliyyat qovşağının tikintisi nəzərdə tutulur.
Layihənin maliyyələşdirilməsi Avropa İnvestisiya Bankının krediti və Gürcüstanın dövlət büdcəsi hesabına həyata keçiriləcək. Magistral yolun layihələndirilməsi isə Dünya Bankının maliyyə dəstəyi ilə Niderland şirkəti tərəfindən hazırlanıb.
Yeni avtomobil yolunun regionda nəqliyyat əlaqələrinin genişlənməsinə, beynəlxalq yükdaşımaların sürətlənməsinə və sərhəd keçidlərinə çıxış imkanlarının yaxşılaşmasına töhfə verəcəyi gözlənilir.
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












