Sabah metroda qatarların qrafiki dəyişəcək

Bu gün saat 12:10-da “Ulduz–Nərimanov” mənzilində aralıq kabelində baş vermiş qısaqapanma ilə əlaqədar operativ şəkildə həmin mənzilin bütün elektrik qida mənbələri, o cümlədən dartı yarımstansiyasında müvafiq araşdırmalar aparılıb. Qısaqapanma nəticəsində qısamüddətli tüstülənmə müşahidə edilib və bununla əlaqədar operativ şəkildə təxirəsalınmaz tənzimləmə tədbirləri icra olunub.
"Bakı Metroppliteni" QSC-dən Avtosfer.az-a verilən məlumata görə, ilkin araşdırmanın nəticəsi olaraq, saat 15:00-da Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilməklə, müvafiq texniki tədbilərin icrası barədə qərarlar qəbul olunub. Operativ tədbirlər planına uyğun, qısaqapanma baş vermiş kabel xəttində təhlükəsizlik qaydaları qorunmaqla texniki işlərin icrasına başlanılıb. Həmçinin hadisənin təkrarlanması ehtimalının da qarşısının alınmasına xidmət edəcək əlavə tədbirlər görülür.
Bu məqsədlə hərəkət sahəsinin əsas qida mənbəyi olan dartı elektrik yarımstansiyasında təhlükəsizliyin, habelə digər texniki dəstək tədbirlərinin gücləndirilməsi işləri aparılır. Həmçinin texniki insidentin detallı təhlillərinin davam etdirilməsi təmin olunacaq.
Qatarların sabit və fasiləsiz hərəkətinin təmin edilməsi və qeyd olunan tədbirlərin tam təhlükəsiz başa çatdırılması məqsədilə aprel ayının 22-si günün əsas sərnişin axını saatlarında “28 May-Əhmədli” sahəsində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək. “Bakmil” istiqamətində hərəkət edən sərnişinlərdən şənbə günü qrafikindən istifadə etmələri xahiş olunur.
Sərnişinlərdən baş vermiş hadisə ilə əlaqədar üzr istəyir, yaranmış vəziyyətə anlayışla reaksiya göstərdikləri üçün təşəkkür edirik.
Texniki araşdırmalar və təhlillərin nəticələri, görüləcək işlər və digər məsələlər barədə ictimaiyyətə operativ məlumatlar təqdim ediləcək.
İntervallar:
“Əhmədli–28 May” - 2 dəqiqə 30 saniyə
“28 May–Dərnəgül” - 5 dəqiqə
“28 May–İçərişəhər” - 5 dəqiqə
Digər istiqamətlər üzrə hərəkət cədvəlləri keçid vasitəsilə tanış ola bilərsiniz.
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı
Avtobus dayanacaqlarında hansı dəyişiklik edilməlidir? – TƏKLİF
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ












