Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən xəbərə görə, lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 10-13, Bakıda gecə 4-6, gündüz 11-13 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında noyabrın 19-da qərb rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 10-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, havada rütubətliliyin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












