Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 21-24, Bakıda gecə 16-18, gündüz 22-24 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək, lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz əsəcək, əsasən, dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə isə Abşeron yarımadasında mülayim gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












