Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 23-26, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin Lənkəran-Astara zonasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə isə Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.
Bəzi yollarda sıxlıq var - SİYAHI
Çinin Orta Dəhlizə marağı Azərbaycana hansı imkanları yaradır? - POLİTOLOQ
AQTA-nın yeni tələbindən sonra ət məhsulları bahalaşacaq - EKSPERT
Maşınların düşdüyü quyu ilə bağlı açıqlama - FOTOLAR
İnzibati xətanın təkrar törədilməsinə görə daha sərt cərimələr tətbiq olunacaq - HÜQUQŞÜNAS
İctimai nəqliyyatda problemlə qarşılaşanlara VACİB tövsiyə – Bu tətbiqdən istifadə edin
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycan–Ermənistan sülhü yeni regional birliyin əsasını qoya bilər? - AÇIQLAMA
Paşinyan İsrailin gündəmə gətirdiyi mövzudan niyə yayınır? - POLİTOLOQ
Sərxoş halda elektrikli velosiped idarə etdi CƏRİMƏLƏNDİ
Köhnə şəkli paylaşıb qəza şousu yaradan Zaur Kamal nə istəyir? – Yalan xəbər imiş










