Şabranda bələdiyyə sakinlərdən pul alıb sənəd vermir - ŞİKAYƏT

Şabran rayonunun Rəhimli kənd sakinləri bələdiyyənin fəaliyyəti ilə bağlı narazıdırlar. Onlar torpaq məsələlərinin illərdir həll olunmadığını, verilən vədlərin yerinə yetirilmədiyini və şəxsi torpaq sahələrindən istifadəyə maneələr yaradıldığını iddia edirlər.
Avtosfer.az-a daxil olan şikayətdə kənd sakinləri Rəhimli kənd bələdiyyəsinin sədri Əlirəhim İbrahim oğlu Bibiquliyevdən şikayətində bildirib ki, 2010-cu ildə ona ev tikmək məqsədilə həyətyanı torpaq sahəsi ayrılacağı bildirilib və bunun müqabilində 1000 manat pul alınıb. Lakin aradan 16 ilə yaxın vaxt keçməsinə baxmayaraq, nə torpaq sahəsi ayrılıb, nə də bununla bağlı hər hansı sənəd təqdim edilib. Eyni problemlə üzləşən digər kənd sakinləri də var. Onların da müxtəlif məbləğlər ödəmələrinə baxmayaraq, vəd edilən torpaq sahələrini ala bilmədikləri iddia olunur".
Şikayətçi bildirir ki, məsələ ilə bağlı prokurorluğa müraciət edib. Prokurorluqda keçirilən görüş zamanı bələdiyyə sədrinə problemin həlli üçün müəyyən vaxt verilsə də, bugünədək məsələ öz həllini tapmayıb. Dəfələrlə sənədlərin hazırlanacağı vəd edilsə də, nəticə olmayıb.
Bundan başqa, təqdim olunan səs yazılarında kənd sakinləri bələdiyyənin fəaliyyətindən narazılıqlarını ifadə edirlər. Sakinlərin özlərinə məxsus torpaq sahələrində təsərrüfat işləri aparmasına da maneələr yaradılır. Şikayətçilərin sözlərinə görə, bu vəziyyət kənddə ciddi narazılıq yaradıb və insanların sosial vəziyyətinə mənfi təsir göstərir.
Məsələ ilə bağlı Rəhimli kənd bələdiyyəsinin sədri Bibiquliyev Əlirəhim İbrahim oğlunun mövqeyini öyrənməyə çalışıb. Lakin onunla əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qalıb. Telefon zənglərimizə cavab verilməyib və geri dönüş olmayıb.
Fatimə
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












