Sagirdlərə dəyərli məsləhət verilib

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində Regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qara Nuru kənd tam orta məktəbində “Narkomaniya ümumbəşəri bəladır” və “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Təhsil şöbəsinin nümayəndələri, məktəbin şagird və müəllim kollektivi iştirak edib.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Azər Tağıyev narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından danışıb, narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlarından geniş bəhs edib.
O, çıxışında erkən nikaha qarşı görülən işlərdən söz açaraq, bu məsələ ilə bağlı həm yeniyetmə və gənclərimizin, həm də onların valideynlərinin məlumatlandırılmasının vacibliyini vurğulayıb. Erkən yaşda qurulan nikahlarların yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına olduqca mənfi təsir göstərdiyini, bunun da öz növbəsində gələcəkdə ailədaxili zorakılıq hallarının ortaya çıxmasına səbəb olduğunu bildirib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO
Evinizdəki kamera qonşunun həyətini çəkirsə, cərimələnə bilərsiz - HÜQUQŞÜNAS
İcra başçısının vətəndaşları qəbul forması qaydalara zidd təşkil edilib? - AÇIQLAMA - FOTO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB











