Şagirdlərin nəqliyyatdan pulsuz istifadəsi üçün müraciət hazırlanır

“Məktəbli formasında olan şagirdlərin ictimai nəqliyyatda pulsuz daşınması ilə bağlı Nazirlər Kabinetinə müraciət hazırlanır”. Avtosfer.az xəbər verir ki, bu barədə Modern.az-a deputat Fazil Mustafa məlumat verib. “Müraciət edəndə gərək məsələni əsaslandırasan və ondan sonra müraciət edəsən. Bizim mütəxəssislər hazırda onun üzərinə işləyirlər. Hazır olandan sonra həllini gerçəkləşdirmək üçün Nazirlər Kabinetinə müraciət edəcəyik. Hesab edirəm ki, bu olduqca vacib məsələdir və ölkənin də imkanları var ki, onu həll eləsin”.
Deputat qeyd edib ki, uşaqların sıxıntıdan qurtulması hamımızın maraqlarına uyğundur. “Mənim fikrimcə məsələyə rasional yanaşılsa, bu problemin öz həllini tapması mümkündür. Məncə burada çətinlik yaradacaq heç bir iş yoxdur. Sadəcə olaraq buna həssas yanaşılmalıdır” - deyə o bildirib.
Xatırladaq ki, bu yaxınlarda sosial şəbəkələrdə ana və onunla olan 3 məktəbli övladının imkanı olmadığı üçün “BakuBus” avtobusundan düşürüldüyü, bununla da uşaqların məktəbə gedə bilmədiyi barədə məlumat yayılıb.
Deputat Fazil Mustafa isə bu məsələyə biganə qalmayaraq qeyd edib ki, Nazirlər Kabineti 5 yaşına qədər uşaqların ictimai nəqliyyatdan pulsuz daşınması ilə bağlı qərarına yenidən baxmalı və məktəbli formasında olan istənilən uşaqdan ictimai nəqliyyatda vəsait alınmamalıdır.
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…












