Şagirdlərlə görüş keçirilib

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 552 saylı qəsəbə tam orta məktəbində “Gənclər narkomaniyaya yox deyir”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı birgə mübarizə” mövzularında tədbir keçirilib.
Tədbirdə çıxış edən Laçın RPŞ-nin rəisi, polis polkovniki Adil Əsədov müasir dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. Eləcə də “ağ ölümün” qurbanına çevrilənlərin sağlam həyata qayıtmasının çox çətin olduğunu vurğulayıb. Narkomaniyanın tək ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə mənbəyi olduğunu bildirib. Rəis narkomaniyaya qarşı aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışaraq son illərdə bu istiqamətdə həyata keçirilən genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib.
Sonra tədbirdə çıxış edənlər erkən nikahın fəsadları barəsində gənclərə tövsiyələr veriblər. Əvvəllər belə hallara daha çox rast gəldiklərini, ancaq indi cəmiyyətin müasirləşdiyini və qanunla nikah yaşının minimum 18 olduğu diqqətə çatdırılıb. Erkən nikahların böyük əksəriyyətinin sonradan boşanma ilə nəticələndiyini və bu işdə hamının ən azı mənəvi məsuliyyət daşıdığını bildiriblər.
Dini radikalizmdən söz açan qonaqlar dövlətimizdə dinin dövlətdən ayrı olduğunu və ölkəmizdə yaşayan hər bir şəxsin dini inancına hörmətlə yanaşıldığını, ancaq bu azadlıqlan sui-istifadə edənlərin olduğu barəsində məktəblilərə ətraflı məlumat veriblər. Bildiriblər ki, onları öz təsirlərinə salmaq üçün əsas hədəfləri bu mövzular barəsində o qədər də məlumatlı olmayan gənclərdir. Məhz buna görə də dövrümüzdə həssas olan bu mövzular barəsində şagirdləri diqqətli və məlumatlı olmağa çağırıblar.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Bu halda piyadaları CƏRİMƏ GÖZLƏYİR
Oğrular maşınların daha çox bu detallarını oğurlayır – ARAŞDIRMA
"Birmarket" vətəndaşın şikayətini niyə təmin etməyib? – RƏSMİ AÇIQLAMA
Təmir işləri görülən ərazilərdə qəzaların qarşısı necə alınmalıdır? – EKSPERT
Bu yollarda sıxlıq var - SİYAHI
Bəzi yollarda sıxlıq var - SİYAHI
Çinin Orta Dəhlizə marağı Azərbaycana hansı imkanları yaradır? - POLİTOLOQ
AQTA-nın yeni tələbindən sonra ət məhsulları bahalaşacaq - EKSPERT
Maşınların düşdüyü quyu ilə bağlı açıqlama - FOTOLAR
İnzibati xətanın təkrar törədilməsinə görə daha sərt cərimələr tətbiq olunacaq - HÜQUQŞÜNAS
İctimai nəqliyyatda problemlə qarşılaşanlara VACİB tövsiyə – Bu tətbiqdən istifadə edin










