Sağlam gənclik sağlam gələcəkdir - Polis uşaqları maarifləndirir - Foto

Nizami Rayon Polis İdarəsinin təşkilatçılığı ilə şəhərin 1 saylı tam orta məktəbində «Narkomaniyaya qarşı mübarizə və uşaqları zərərli vərdişlərdən qoruyaq» mövzusunda maarifləndirmə tədbiri keçirilib. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, tədbirdə Nizami Rayon Polis İdarəsinin əməkdaşları ilə yanaşı, pedaqoji heyət, valideynlər və şagirdlər də iştirak edib. Nizami RPİ-nin rəisi, polis polkovnik-leytenantı Samir Həsənov narkomaniya əlehinə ölkənin hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gördüyü qətiyyətli tədbirlərdən, bu istiqamətdə ictimaiyyət arasında aparılan profilaktiki tədbirlərin əhəmiyyətindən danışaraq bildirib ki, istər valideynlər, istərsə də ictimaiyyətin nümayəndələri, öz gələcəyinə biganə olmayan insanlar bu sahədə fəal mövqe tutmalı, yeniyetmə və gənclərin sağlam həyat yaşaması üçün ciddi addımlar atmalıdır. O, bildirib ki, bu məqsədlə dövlət tərəfindən narkomanlıqla mübarizə üçün bütün lazımi addımlar atılıb. Xüsusən yeniyetmə və gənclərin məşğulluğu, yüksək təhsili, idmanla məşğul olmaları üçün hər cür zəruri şərait yaradılıb. Qalır bu imkanlardan yararlanmaq üçün yaxınlar, doğmalar arasında təbliğat aparmaq. Rəis bildirib ki, əgər qonşunu narahat edən bu problemin həllində kimsə yardımını əsirgəsə sabah onun özü də belə təhlükə ilə üzbəüz qala biləcəyini düşünməlidir. Ən azından üzləşdiyi, eşidib-bildiyi təhlükə barədə polisə məlumat verməlidir.
Təhsil müəssisəsinin direktoru iştirakçılara belə maarifləndirici tədbirlərin həm şagirdlər, həm də müəllimlər üçün əhəmiyyətini yüksək dəyərlərndirib. Qeyd edib ki, istər valideynlər, istərsə də müəllimlər yeniyetmə və gənclərin həyat tərzi, maraq dairəsi ilə maraqlanmalı, onlara yardım etməlidirlər. Çünki xoşbəxt gələcək məhz müasir təhsil alan sağlam ruhlu, sağlam əqidəli gənclərdən aslıdır.
Görüşün sonunda narkotiklərin zərərli təsiri ilə bağlı videoçarx izlənilib.
Emin
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ












