“Sahil” stansiyası işıqsız qaldı

Bu gün metronun “Sahil” stansiyasına elektrik enerjisinin verilməsində fasilə olub. Avtosfer.az xəbər verir ki, bununla bağlı “Report”a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, buna metropolitenə gələn elektrik xəttində gərginliyin düşməsi səbəb olub. “Bu gün saat 10:55-də “Sahil” metrostansiyasına gələn elektrik xəttində gərginlik düşdüyü üçün stansiyada işıqlanma sistemi və eskalatorun fəaliyyəti dayandırılıb. Qısa müddət ərzində eskalatorun fəaliyyəti bərpa olunub. Sərnişinlərlə bağlı isə hər hansı problem yaşanmayıb. Ümumilikdə metrostansiyanın işıqsız qalma müddəti 2-3 dəqiqə, elektrik enerjisinə qoşulma isə 3-4 dəqiqə çəkib”, - deyə B.Məmmədov əlavə edib.
QSC rəsmisinin sözlərinə görə, baş vermiş hadisə qatarların hərəkətinə ciddi təsir etməyib.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI











