Sakinlər 105 nömrəli marşrut avtobusunun fəaliyyətindən narazılıq edir - VİDEO

Bakı şəhəri, Sabunçu rayonunun Balaxanı qəsəbəsində sakinlər ərazidə xidmət göstərən 105 nömrəli marşrut avtobusunun fəaliyyətindən narazıdırlar. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, sakinlər 15 ildir pik saatlarda işə, məktəbə getməkdə çəkinlik çəkdiklərini bildirib.
2016-cı ildə qəsəbə avtobusu ilə bağlı çəkilmiş görüntüləri facebook-da yenidən paylaşan sakin bildirib ki, ötən üç ildə vəziyyət mənfiyə doğru dəyişib. Onun sözlərinə görə, avtobuslar pis vəziyyətdədir: “Qəsəbə son 15 ildə çox böyüyüb və Yeni Balaxanı yaranıb. 105 nömrəli avtobus metronun "Neftçilər" stansiyasından gəlir Yeni Balaxanıya və oradan da kəndin əsas hissəsi olan köhnə Balaxanıya. Halbuki əvvəllər yalnız köhnə Balaxanıya işləyirdi. Bir ara Yeni Balaxanı üçün 340 nömrəli marşrutu yaratdılar. Həmin dövrdə vəziyyət nisbətən yaxşı idi. İndi Balaxanı sakinləri olaraq təklifimiz budur ki, 105 nömrəli marşrutun avtobusları yenilənsin, sayları artırılsın, A və B xətlərinə ayrılsın”.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbaut katibi Mais Ağayev "Report"a bildirib ki, daşıyıcı şirkətə məlumat verilib: “Bu xətlə bağlı vəziyyət bizi də ciddi narahat edir və çatışmazlıqların aradan qalıdırılması üçün dəfələrlə daşıyıcı qarşısında məsələ qaldırılıb. Lakin istənilən nəticə əldə olunmayıb. Bildiyiniz kimi hazırda marşrut şəbəkəsində yenilənmələr gedir, optimallaşdırma aparılır. Bu çərçivədə bu cür xətlər də dəyişdiriləcək”.
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…












