Sakinlər narazıdır: Bakıda məhəllədaxili yol avtomagistrala çevrilib - VİDEO

Bakıda binalardan birinin həyəti alternativ yol olub. Sürücülər məhəllədaxili yolu sözün əsl mənasında avtomagistrala çevirib. Bu isə bina sakinləri üçün əməlli-başlı problem yaradır. Çünki sakinlər adi vaxtlarda uşaqlarını oynamaq üçün həyətə rahat düşürə bilmirlər. Avtosfer.az Xezerxeber.az-a istinadən məlumatına görə, söhbət paytaxtın Xətai rayonu, Şirvani küçəsi 3 ünvanından gedır. Sürücülər həmin ünvanda yerləşən 144 ailənin məskunlaşdığı 9 mərtəbəli binanın həyətindən keçən küçəni alternativ yola çeviriblər. Bina sakinləri deyir ki, illərdir bu mənzərə hökm sürür. Babək prospektindən Əhmədli istiqəmətinə gedən və əks istiqamətdə gələn sürücülər bu məhlədən istifadə edirlər. Bu isə bina sakinləri üçün əməlli-başlı problem yaradır. Onlar problemin qarşısını müəyyən üsullarla almağa çalışıblar, amma yenə problem qalmaqdadır. Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini də deyirlər. Onların əsas istəyi əraziyə "Giriş qadağandır" nişanı və ya şlaqbaumun qoyulmasıdır. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, bina sakinlərinin arzu və şikayətləri nəzərə alınacaq. Bunun üçün vətəndaşlar ərizə ilə Yol Polisi İdarəsinə müraciət etməlidirlər. Müraciət əsasında həmin əraziyə baxış keçiriləcək. Orada həqiqətən də vətəndaşları narahat edən məqam aşkarlanarsa, aradan qaldırılacaq.
Vaqif Əsədov bina sakinləri tərəfindən yolun zəncirlə bağlanılmasına da münasibət bildirib. Qeyd edib ki, "Yol hərəkəti haqqında qanun" bunu qadağan edir. Həmin ərazidə araşdırma aparılmadan yolun bu formada bağlanılması xüsusi xidmət maşınlarının rahat və təhlükəsiz hərəkətinə, həmçinin baş verən hadisəyə anında müdaxilə edilməsinə meneə ola bilər.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO










