Şamaxıda məktəblinin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Şamaxıda məktəblinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Səməd Balayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları Şamaxı rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Etibar Hümbətovun icraatına verilib.
Qeyd edək ki, hadisə avqustun 16-da, saat 16:30 radələrində Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində qeydə alınıb. Rayon sakini, Səməd Balayevin idarə etdiyi “VAZ-2121” markalı 90-KA-106 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada - 2010-cu il təvəllüdlü Yusif Nuriyevin vurulması nəticəsində sonuncunun aldığı xəsarətlərdən vəfat edib. Şamaxı rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və sürücü həbs olunub.
Xatırladaq ki, qəzada ölən azyaşlı 3-cü sinif şagirdi olub.
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT










