Samur çayı üzərindəki yeni körpü dekabrın 24-də istismara veriləcək

Samur çayı üzərindəki körpünün açılışı cari ilin dekabrın 24-də olacaq.
Avtosfer.az "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov AZTV-nin "Hədəf" verilişində bildirib.
Onun sözlərinə görə, bu il Samur çayı üzərində yeni bir körpünün tikintisi başa çatdırılıb: "1947-ci ildə müvəqqəti dəmir konstruksiyalar ilə Samur çayı üzərində tikilmişdi. Bu körpünün eni 7 metr idi və Azərbaycan ilə Rusiyanı birləşdirirdi. Biz onun yerinə 325 metr uzunluğa, 17,5 metr enə malik olan beton körpü tikdik. Körpünün açılışı dekabrın 24-də nəzərdə tutulur".
Xatırladaq ki, körpünün tikintisi ilə bağlı layihəni Azərbaycan ilə Rusiya maliyyələşdirib.
Körpünün kənar aşırımlarının uzunluğu 54 metr, orta aşırımlarının uzunluğu isə 69 metrdir. Körpüdə piyadaların gediş-gəlişi üçün qapalı piyada keçidi nəzərdə tutulub. Onun eni isə 3,75 metrdir.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











