Saray körpüsünün giriş-çıxışında narazılığa səbəb olan obyektlər SÖKÜLƏCƏK - VİDEO

"Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində genişləndirilmə işləri aparılacaq".
Bunu Sumqayıt Şəhər İcra Hakimiyyətinin sözçüsü Eyvaz Qocayev deyib.
"Yolda genişləndirmə işlərinin aparılması nəzərdə tutulub. Piyadaların və nəqliyyatın hərəkətinin rahatlığını təmin etmək məqsədilə əvvəlki yol infrastrukturu körpüyə uyğunlaşdırılacaq. Bununla bağlı qərara alınıb ki, yaxın zamanlarda Məhəmməd Əsədov küçəsinin genişləndirilməsi ilə bağlı yeni layihə hazırlansın və icrasına başlanılsın",- deyə E. Qocayev bildirib.
Xatırladaq ki, Bakı ilə Sumqayıtı birləşdirən Saray körpüsünün təmirdən sonra açılışı martın 18-də baş tutub. Uzunluğu 104 metr olan körpü üç aşırımdan ibarətdir. Körpünün ümumi eni 21.6 metrdir və iki gediş, iki dönüş olmaqla dörd hərəkət zolağından ibarətdir.
Qeyd edək ki, açılışdan dərhal sonra sürücülər körpünün giriş və çıxışının daralmasına səbəb olan obyektlərin sökülməməsinə etiraz ediblər. Onlar bildiriblər ki, bu hal həmin ərazidə ağır qəzaların baş verməsinə səbəb ola bilər.(oxu.az)
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












