Saray postunun yanında avtobus qəzaya düşdü, Yaralılar var - VİDEO

Bir qədər öncə Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az.xəbər verir ki, hadisə minik avtomobili ilə 523 saylı xətt üzrə fəailyyət göstərən sərnişin avtobusunun iştirakı ilə baş verib. Hadisə yerinə təcili tibbi yardım avtomobili də gəlib.
Hadisə barədə məlumat Təcili Tibbi Yardıma saat 13:47-də daxil olub. Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə yerinə Təcili Yardım briqadaları yollanıb: "Qəza nəticəsində xəsarət alan 3 qadın 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib və hazırda müalicələri davam edir. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir. Hadisə şahidləri həkimlərə qəza zamanı xəsarət alan digər şəxslərin də olduğunu bildiriblər. Həmin adamlar yoldan keçən avtomobillərə əyləşərək tibb müəssisələrinə müraciət ediblər. Bu səbəbdən də yaralıların sayı hələlik dəqiq bilinmir. Tibb müəssisələrindən məlumat daxil olduqca xəbər veriləcək".
Hadisə ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, qəzaya uğrayan 523 saylı sərnişin avtobusudur. Hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Nəticədə avtobus yol kənarında maneəyə çırpılıb.
Hadisə nəticəsində bir nəfər xəsarət alıb.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...













