Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS

Son dövrlərdə saxta iş və təhsil elanları vasitəsilə vətəndaşların aldadılması halları da gündəmə gəlir. Elanlarda yüksək maaş və ya xaricdə təhsil imkanı vəd edilərək şəxslərdən əvvəlcədən müxtəlif məbləğlərdə pul tələb olunur.
Avtosfer.az xəbər verir ki, belə hallarda vətəndaşların hüquqlarını necə qoruya biləcəyi və ödədikləri vəsaiti geri qaytarmaq üçün hansı addımları atmalı olduğu sual doğurur. Bəs aldadılan şəxs ilk növbədə nə etməlidir və dələduzluğun araşdırılması zamanı hansı sübutlar əsas götürülür?
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Avtosfer.az-a açıqlamasında bildirib ki, vətəndaşlar hər hansı işə düzəlmə ilə bağlı onlardan pul tələb edildiyini eşidirlərsə və ya belə bir halla qarşılaşırlarlarsa, bilməlidirlər ki, bu, artıq dələduzluğun ilkin əlamətlərindən biri ola bilər:

''Bu səbəbdən belə hallarda mütləq diqqətli olmaq lazımdır. Əgər vətəndaş aldadıldığını müəyyən edərsə, ilk növbədə polisə müraciət etməli və ondan pul alındığını, lakin qarşılığında vəd edilən işin və ya xidmətin həyata keçirilmədiyini yazılı şəkildə bildirməlidir. Bəzi hallarda isə vətəndaşlardan pul borc və ya başqa mülki münasibət çərçivəsində alınır. Belə vəziyyətlərdə dələduzluq faktını sübut etmək daha çətin ola bilər. Ona görə də vətəndaşın əlində olan yazışmalar, telefon danışıqları, fotoşəkillər və digər sübutların təqdim edilməsi vacibdir. Bu materiallar şəxsin həqiqətən aldadıldığını təsdiqləməyə kömək edə bilər. Əgər şəxsin aldadıldığı təsdiq olunarsa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə uyğun olaraq, vurulmuş zərərin həcmindən asılı olaraq cinayət işi başlana bilər. Cinayət işi çərçivəsində, o cümlədən məhkəmə araşdırması zamanı vətəndaş vurulmuş maddi zərərlə bağlı mülki iddia da təqdim edə bilər''.
Fatimə
Tural Ələkbərov Xankəndidən Zəfər Günü ilə bağlı paylaşım edib - VİDEO
44 günə yazılan tarix, əbədi yaşadılacaq Zəfər! - FOTO
DİN-dən Zəfər Günü ilə bağlı - Videoçarx
Metrodan istifadə edən şəxslərin NƏZƏRİNƏ! - Qrafik DƏYİŞİLİR
Beyləqan Regional Mühafizə Şöbəsində Zəfər Günü qeyd edilib - VİDEO
8 Noyabr - Tarixə düşən Zəfər Möhürü - VİDEO
Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - SİYAHI
QHT-lərin Əməkdaşlıq Forumundan Prezidentə müraciət
Ərdoğanın Azərbaycana səfəri hansı məsələlərə aydınlıq gətirəcək? – ŞƏRH
Hansı anaların müavinətləri 100 manata qaldırılacaq? – RƏSMİ
Zəfərin ildönümünə 2 gün qaldı - VİDEO












