Seçkilər zamanı polisin fəaliyyəti müzakirə olundu

DİN Mətbuat Xidmətinin Quba Regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında rayon icra və bələdiyyə nümayəndələrinin, müvafiq dairə və məntəqə seçki komissiyalarının, eləcə də rayon ziyalıları iştirakı ilə “bələdiyyə seçkilərində polisin xidməti fəaliyyəti” mövzusunda görüş keçirilib. Keçirilən görüşün əsas məqsədi iştirakçılara ölkəmizdə dekabr ayının 23-də keçiriləcək olan bələdiyyə seçkiləri zamanı polis əməkdaşlarının fəaliyyəti barədə ətraflı məlumat vermək olub.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov bildirib ki, rayon ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunması bələdiyyə seçkilərinin təhlükəsiz və demokratik şəraitdə keçirilməsində, seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsində vacib rol oynayır. Seçkilərdə təhlükəsizliyin tam təmin ediləcəyi barədə danışan H.Həsənov, seçki zamanı baş verəcək xoşagəlməz hadisələrin qarşısını almaq məqsədi ilə qanunvericiliyə əsasən müvafiq addımların atılacağını da diqqətə çatdırıb.
Daha sonra rayon dairə və məntəqə seçki komissiyalarının üzvləri, bələdiyyələrin təmsilçiləri çıxış edərək seçkiqabağı aparılan işlərdən, polis və seçki komissiyaları, məntəqələri arasında qarşılıqlı əlaqələrdən, habelə müvafiq qanunvericiliyə uyğun olaraq, seçkilərə hazırlıq vəziyyətindən danışaraq geniş məlumat veriblər.
- Görüşün sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılaraq ətraflı müzakirələr aparılıb.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti











