Şəfaət Mehdiyev küçəsi genişlənir: Yasamalda neçə ev söküləcək? - VİDEO

Yasamal rayonu ərazisində 53 yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsünə başlanılıb. Buna səbəb Şəfaət Mehdiyev küçəsinin 1 kilomtrə yaxın hissəsinin genişləndirilməsidir. Artıq ərazidə söküntü işləri start götürüb və yolun bir hissəsigenişləndirilib. Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli bildirir ki, vaxtilə həmin hissəsədə evlər və obyektlər tikildiyi üçün yol həddindən artıq daralıb. Hazırda həmin ev və obyekt sahiblərinə kompensasiya verilir. Ərazidə olan ağacların isə köçürülməsi planlaşdırılır. Şəfaət Mehdiyev küçəsinin Əbdürrəhim bəy Haqverdiyev və Landau küçələri arasında olan 1 kilomtrə yaxın hissəsinin eni genişləndirilərək 18 metrə çatdırılır. 1-ci texniki dərəcəyə uyğun olaraq tikilən yol 4 hərəkət zolağından ibarət olacaq. 3 qat asfalt örtüyü vurulacaq yolda artıq asfaltlama işlərinə start verilib. Burada həmçinin vətəndaşların rahat hərəkəti üçün piyada səkiləri yaradılacaq və işıqlandırma sistemi qurulacaq. Yol istifadəyə verildikdən sonra Tiblisi prospekti ilə Hüseyn Cavid prospektinə birbaşa maneəsizçıxış əldə olunacaq. Bu da günün pik saatlarında metronun elmər stansiyası yaxınlığında yaranan tıxacın azalmasına gətirib çıxaracaq. Yolun bu ilin sonuna kimi tam istifadəyə verilməsi planlaşdırılır.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











