Şəhərin mərkəzində mübahisə etdiyi adamı tapança ilə vurdu: polis şübhəlini axtarır - VİDEO

İstanbulda bir şübhəli tapança ilə mübahisə etdiyi şəxsi vurub. Avtosfer.az xəbər verir ki, insident ötən gün Çəkməköy rayonunun Daşdələn məhəlləsində baş verib.
Məlumata görə, məhəllə kafelərinin birində oturan iki nəfər daha sonra küçəyə çıxıblar. Bir az irəlilədikdən sonra aralarında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə qısa müddət ərzində davaya çevrilib. Şəxsiyyəti hələ ki, müəyyənləşdirilməyən şübhəli Abdul Salam S.-yə üzərində gəzdirdiyi silahdan atəş açıb. Abdul Salam S.-nin ayağından vuran şübhəli hadisə yerindən qaçıb. Ətrafdakı insanların çağırışı ilə hadisə yerinə polis və səhiyyə briqadaları cəlb olunub. Xəstəxanaya çatdırılan Abdul Salam S.-nin vəziyyətinin yaxşı olduğu bildirilib.
Polis şübhəlini yaxalamaq üçün araşdırmalara başlayıb.
Namiq Musayev
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












