Şəhərin mərkəzində soyğunçuluq: Maskalı şəxslər “Niva”nın qarşısını kəsib 1 milyon aparmaq istədilər

Maskalı şəxslər, avtomobili ilə işıqforda gözləyən sürücünü “soymağa” cəhd göstəriblər.
Avtosfer.az xəbər veir ki, hadisə sentyabrın 25-də səhər saatlarında baş verib. Bu barədə Rusiya DİN-nin Moskva üzrə mətbuat xidməti məlumata yayıb.
Məlumata görə, Şelkovski şosesi ilə 3-cü Parkovoy küçəsinin kəsişməsində, ödəniş terminalları üzrə mühəndis-texnik işləyən şəxs, “Niva” markalı avtomobili ilə işıqforun yaşıl işığının yanmasını gözləyərkən, anidən qarşısını bir “Mazda” markalı maşın kəsib.
Bundan sonra “Mazda”dan bir neçə maskalı şəxs düşərək “Niva”ya istiqamətləniblər.
Cinayətkarlar dərhal maşının yan şüşəsini sındıraraq içərisində azı 1 milyon rubl (mühəndis yola çıxmazdan əvvəl ofisdən köçürülməli olan pul götürübmüş) olan çantanı götürmək istəyiblər.
Ancaq, sürücü çevikliyi sayəsində buna imkan verməyib, qaza sıxaraq oradan uzaqlaşıb – soyğunçular isə heç nə əldə edə bilməyiblər. O, bir müddət sonra polis məlumat verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat keçirərək “Mazda”nı Yuxarı Pervimaysk küçəsində tərk edilmiş vəziyyətdə tapıblar.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Namiq Musayev
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA












