Şəhid ailələrinə və müharibə əlillərinə verilən avtomobillərin sayı açıqlanıb

Ötən il şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, bu il 50 faiz çox olmaqla onlara 934 mənzil verilməsi nəzərdə tutulub və artıq böyük əksəriyyəti verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bunu bu gün Abşeron rayonunun Saray qəsəbəsində yeni yaşayış binalarından alınmış və müasir tələblərə uyğun yaşayış şəraitinə malik 27 mənzilin bu kateqoriyalardan olan vətəndaşlara təqdim edilməsi mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Hidayət Abdullayev bildirib.
H. Abdulalyev deyib ki, indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7235 mənzil və fərdi ev təqdim edilib. Eyni zamanda, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 265 müharibə əlilinə avtomobil verilibsə, cari ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobil verilməsi planlaşdırılıb və artıq 500-ə yaxın avtomobil təqdim edilib. Ümumən isə indiyədək müharibə əlillərinə 6465 minik avtomobili verilib.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












