Şəhid ailəsinə qarşı dələduzluq: etibarnamə ləğv edildiyi üçün maşın duracağa qoyuldu – ŞİKAYƏT - VİDEO

Artıq uzun müddətdir ki, vətəndaşların ikinci əl avtomobil alarkən aldanmaları ilə bağlı mediada xəbərlər dərc olunmaqdadır. Bu cür dələduzluq hallarının qarşısını almaq isə bəzən müşkülə çevrilir.
Bu gün Avtosfer.az-a şəhid kapitan Samir İslamovun ailə üzvləri analoji halla bağlı şikayət edib. Şəhidin anası İslamova Şokolad və yeznəsi redaksiyaya gəlməzdən əvvəl onların başına bu hadisəni gətirən şəxslərlə əlaqə saxlayıb. Onlara məsələnin hüquq müstəvisində həll edilməli olduğunu, buna görə də Avtosfer.az-a şikayət edəcəklərini bildirib. Buna baxmayaraq, avtomobilin birinci sahibləri yenə də şəhid ailəsini sakitləşdirmək, məsələni böyütməmək üçün mövzunu başqa məcralara çəkməyə cəhd edib.
Şəhidin yeznəsi Elman Zeynalov deyir ki, avtomobilin üçüncü sahibi olub və imkanı çatmadığı üçün adına qeydiyyata saldıra bilməyib:

“Noyabr ayında avtomobil mənim adımdan çıxarılıb. Mən isə bundan fevral ayında xəbər tutmuşam. Qaynanamı xəstəxanaya aparırdım, yol polisi saxladı, avtomobili etibarnaməsiz idarə etdiyim üçün duracağa yerləşdirdi. Məsələni araşdıranda öyrəndim ki, maşının birinci sahibi Mehdiyeva Aidə satdığı adamdan borcunu ala bilmədiyi üçün avtomobil üçün nəzərdə tutulan bütün etibarnamələri ləğv edib. Avtomobilin sahibinin oğlu Mehdiyev Orxan mənə dedi ki, mən sizi tanımıram, kimdən almısızsa, gedib ona bildirin şikayətinizi. Orxan hüquq-mühafizə orqabnlarında işləyir. Dedi ki, sizi tanımıram, satdığımın adamın mənə borcu var, ona görə də etibarnaməni ləğv eləmişəm. Mən öyrəndim ki, borcu olan adam Mehdiyev Vaqifdir, Orxana 5600 borcu var”.
Şəhidin anası Şokolad İslamova deyir ki, oğlu şəhid olduğuna görə yeznəsi Elman Zeynalovu oğulluğa götürüb:

“Mən yığdığım puldan ona kömək elədim ki, maşın ala bilsin. Şəhidimin 4 övladı var. Çətinliyə dqüşəndə, məktəbə, harasa gedəndə maşından istifadə edə bilsin deyə ona dəstək göstərdim. Biz maşın aldıqdan sonra cəncəl işə düşdük. Heç cür bu vəziyyətdən çıxa bilmirik. Cənab nazir Vilayət Eyvazovdan xahiş edirik ki, bu məsələdə bizə kömək etsin”.
Səfər
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO




















