Şəkərin dəfnində əmisinin halı pisləşdi, Bakıya aparılarkən qəzaya düşdülər: Yaralı var

Bir neçə gün əvvəl BDU-nun yataqxanasında zəhərlənərək həyatını itirən 20 yaşlı Şəkər Xasmətovanın dəfnində əmisi Seymur Xasmətovun vəziyyəti pisləşib. O, ağır vəziyyətdə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin burada həkimlər onun müalicəsinin Bakıda davam etdirilməsi ilə bağlı qərar qəbul ediblər. Bakıya aparılarkən S.Xasmətovun olduğu maşın Qusar-Quba magistralında qəzaya uğrayıb. Qəzaya yolun buz bağlamasının səbəb olduğu bildirilir. Avtomobil yol kənarındakı nişana dəyərək, dərəyə yuvarlanıb.
Hadisə nəticəsində Şəkər Xasmətovanın əmisi qızı ağır xəsarətlə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onun üzərində cərrahi əməliyyat aparılıb. Hazırda müalicəsi reanimasiya şəraitində davam etdirilir.
Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə nəticəsində universitetin Fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı ölüb, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızının isə müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilir.
Ş.Xasmətova dünən doğulduğu Qusar rayonunun Xurel kəndindəki qəbirstanlıqda torpağa tapşırılıb.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












