Şəkidə 10 nəfərin xəsarət almasına səbəb olan sürücünün məhkəməsi başlayır

Şəki rayonunda 10 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fərid Səmədovun məhkəməsi başlayır. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, Şəki Rayon Məhkəməsinin hakimi Pərviz Hacıyevin icraatında olan iş üzrə hazırlıq iclası iyulun 27-ə təyin edilib. Qeyd edək ki, hadisə bu il martın 10-da səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistralının yolun Şəki rayonu Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 26 yaşlı Fərid Səmədovun idarə etdiyi "99-HD-777" dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobillə Qax rayonundan olan 1987-ci il təvəllüdlü Əliyev Akşin Adil oğlunun idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobus toqquşub. Nəticədə sürücülər də daxil olmaqla xəsarət alan 10 nəfər xəstəxanaya yerləşdirilıb. Qəzanın baş verməsində günahkar hesab edilən F.Səmədova Cinayət Məcəlləsinin 263.1-1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











