Şəkidə piyadanı vuraraq öldürən sürücünün istintaqı başa çatıb

Şəki şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Təvəkkül Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Ceyhun Əhmədovun icraatında olan iş üzrə hazırlıq iclası iyulun 17-ə təyin edilib. Qeyd edək ki, hadisə aprelin 10-da Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində baş verib.
Şəki rayonunda məskunlaşmış Laçın rayon sakini Təvəkkül Qasımov idarə etdiyi “VAZ-2170" markalı avtomobillə şəhər sakini Oqtay Abdurəhimovu vurub. Nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. T.Qasımova Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











