Sel suları 25 avtomobil yoluna ziyan vurdu - VİDEO

Cari ilin mart–aprel aylarında müşahidə olunan güclü leysan yağışları və sel suları Bakı şəhərində və ölkənin bir sıra bölgələrində yol infrastrukturuna ciddi ziyan vurmuşdur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, dəymiş ziyanın aradan qaldırılması və gələcəkdə oxşar risklərin minimuma endirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təxirəsalınmaz tədbirlərə başlanılmışdır.
Hazırda Bakı şəhəri və 8 rayonun (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Ağsu və İsmayıllı) ərazisində ümumilikdə 25 avtomobil yolunda bərpa işləri aparılır. İşlər çərçivəsində zədələnmiş yol hissələri, körpü və suötürücü qurğular təmir olunur, riskli ərazilərdə mühafizə tədbirləri gücləndirilir.
Görülən tədbirlərin məqsədi nəqliyyatın təhlükəsiz və fasiləsiz hərəkətini təmin etməklə bölgələrarası nəqliyyat əlaqəsini tam bərpa etməkdir.
Bununla yanaşı, intensiv yağıntılar zamanı yarana biləcək risklərin qarşısının alınması üçün əlavə qabaqlayıcı tədbirlər də həyata keçirilir.
Təmir-bərpa işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun aparılır və prosesin qısa müddətdə başa çatdırılması üçün zəruri texnika və işçi qüvvəsi səfərbər olunub.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












