Şəmkirdə dəhşət; Banka borcu olan şəxs özünü "Hummer"lə birgə yandırdı - AÇIQLAMA

Şəmkir rayon sakini Fuad Həsənov əvvəlcə "Hummer" markalı avtomobilini, daha sonra özünü də yandıraraq intihara cəhd edib. Avtosfer.az Report-a istinadən xəbər verir ki, müxtəlif yanıq xəsarətləri alan F. Hüseynov xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, həmin şəxsin borcu olduğuna görə, məhkəmə qərarı ilə avtomobilinə həbs qoyulduğu bildirilir. Belə ki, ümumilikdə onun küllü miqdarda borcu olduğu bildirilir və məhkəmə qərarı ilə həmin "Hummer" markalı avtomobil borc qarşlığı olaraq həbsə qoyulub. Onun hansı səbəbdən borclandığı barədə isə dəqiq məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.
Şəmkir rayonunda qeydə alınan insidentlə bağlı Daxili İşlər Nazirliyinin Qərb Regional Qrupundan rəsmi məlumat verilib. Avtosfer.az bildirir ki, baş inspektor Eşqin Qasımovun dediyinə görə, hadisə olan ərazi Şəmkir Dövlət Yol Polisinin dayanacağı kimi istifadə edilmir. "Bu gün hadisə baş verən yer Şəmkir rayon Dövlət Yol Polisinin dayanacağı kimi istifadə edilmir. Vaxtilə həmin ərazi DYP-nın dayanacaq yeri olub, bu gün isə Şəmkir rayon DYP-nin dayanacağı deyil."
Eşqin Qasımov əlavə edib ki, hadisəyə səbəb Şəmkir rayon sakini Həsənov Fuad Aydın oğlunun banka külli miqdarda borcu olmasıdır. 2013-cü ildə məhkəmənin qərarı ilə həmin şəxsin avtomobilinə həbs qoyulub. İnsident də F.Həsənovun "Hummer" avtomobilini götürmək istəyərkən baş verib. Həmin şəxs heç bir polis əməkdaşı ilə konfilikt yaşamayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA











