Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Qaracaəmirli kənd sakini, əvvəllər məhkum olunmuş 25 yaşlı Tural Məmmədli saxlanılaraq polis şöbəsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman üzərindən iki ədəd kibrit qutusunda və bir ədəd ağ rəngli kağız bükümdə ümumi çəkisi 14.672 qram narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar olunub.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində T. Məmmədliyə narkotik vasitə satan şəxsin həmkəndlisi, əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Şəhriyar Razyev olduğu müəyyən edilib. Onun və qaynanasının evinə baxış keçirilən zaman ümumilikdə 72 ədəd kibrit qutusunda və bir ədəd sellofan torbada ümumi çəkisi 1 kiloqram 200 qrama yaxın narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar olunuraq götürülüb.
İlkin dindirmə zamanı Ş. Rzayev narkotik tərkibli bitkini satmaq məqsədi ilə əkdiyini bildirib.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
Gültən Qədirli
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO
Evinizdəki kamera qonşunun həyətini çəkirsə, cərimələnə bilərsiz - HÜQUQŞÜNAS
İcra başçısının vətəndaşları qəbul forması qaydalara zidd təşkil edilib? - AÇIQLAMA - FOTO










