Şəmkirdə qardaşını bıçaqlayan şəxsin məhkəməsi başlayır

Şəmkir rayonunda qardaşını bıçaqlamaqda təqsirləndirilən Əliyev Hafiz Qəzənfər oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Xaqani Səmədovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə bu ilin iyun ayında baş verib. Şəmkir şəhər sakini, 1981-ci il təvəllüdlü Əliyev İntiqam Qəzənfər oğlu qarın nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Əvvəlcə onun ehtiyatsızlıq nəticəsində xəsarət aldığını bildirsə də, sonradan mübahisə zəminində qardaşı tərəfindən bıçaqlandığı məlum olub.
H.Əliyevə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












