SEPAH-ın region ölkələrinə niyə raket atır? – Politoloq səbəbləri AÇIQLADI

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda İranla bağlı səsləndirilən ziddiyyətli addımlar diqqət çəkir.
Avtosfer.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə bildirib ki, Türkiyənin bölgədə müharibənin genişlənməsinin qarşısını almaq istiqamətində atdığı addımlar fonunda İran tərəfindən atılan bəzi addımlar suallar doğurur. Onun sözlərinə görə, rəsmi Ankara gərginliyin azalması üçün səylər göstərdiyi halda, SEPAH tərəfindən Türkiyə istiqamətində raket atılması iddiaları ziddiyyətli mənzərə yaradır.

Politoloq qeyd edib ki, İran Prezidenti Məsud Pezeşkian bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür mesajı ünvanlayaraq onun mövqeyini yüksək qiymətləndirib. O, paylaşımında Türkiyənin bölgədəki siyasətini təqdir etdiyini və türk xalqının İslam dünyasında mühüm rol oynadığını vurğulayıb.
Elxan Şahinoğlu bildirib ki, buna baxmayaraq, İran daxilində qərarların vahid mərkəzdən idarə olunmaması ilə bağlı fikirlər mövcuddur və bəzi hallarda SEPAH-ın fəaliyyəti ilə rəsmi açıqlamalar arasında uyğunsuzluq müşahidə edilir.
Politoloq əlavə edib ki, İran rəsmiləri son dövrlərdə Azərbaycana qarşı da minnətdarlıq mesajları veriblər. Onun sözlərinə görə, həm İran prezidenti, həm də ölkənin xarici işlər naziri humanitar yardımlara görə Azərbaycana təşəkkür ediblər və bu dəstəyin iki xalq arasında ortaq mədəni dəyərlərə əsaslandığını vurğulayıblar.
Ekspert hesab edir ki, regionda sabitliyin qorunması üçün rəsmi bəyanatlarla real addımlar arasında uyğunluğun təmin olunması vacibdir. Onun fikrincə, xüsusilə hərbi strukturların fəaliyyəti ilə siyasi mesajlar arasında balansın qorunması bölgədə gərginliyin artmasının qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır.
Eltac Zülfüqaroğlu
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO












