Sergey Lavrov Ermənistanı necə tələyə salıb? – Politoloq AÇIQLADI

Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan parlamentinin sədri Alen Simonyan arasında Moskvada keçirilən görüş gərgin müzakirələrlə yadda qalıb.
Avtosfer.az xəbər verir ki, politoloq Elxan Şahinoğlunun fikrincə, bu gərginlik hər iki tərəf üçün gözlənilən idi.

Onun sözlərinə görə, Alen Simonyan Ermənistanın baş naziri Nikol Paşinyanın ən sadiq tərəfdarlarından biri olmaqla yanaşı, ölkəsində Rusiyaya qarşı ən sərt mövqe sərgiləyən siyasi fiqurlardandır. Lavrov da bunu bildiyindən Moskvanın İrəvanın hazırkı siyasi kursundan narazılığını birbaşa Simonyanın diqqətinə çatdırıb.
Görüş zamanı Sergey Lavrov Ermənistanın Avrasiya İqtisadi Birliyində üzvlükdən ciddi iqtisadi fayda əldə etdiyi halda, Avropa İttifaqına üzvlük istəklərinin iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərə biləcəyini bildirib. Rusiya XİN rəhbəri bu məsələnin yalnız iqtisadi deyil, siyasi və geosiyasi nəticələr doğuracağını da vurğulayıb.
Lavrovun sözlərinə görə, Ermənistan Avropa standartlarını qəbul edəcəyi təqdirdə, avtomatik olaraq Avropa İttifaqının Rusiyaya qarşı sərt siyasətinə qoşulmalı olacaq. Bu isə Moskva–İrəvan münasibətlərində yeni gərginlik mərhələsi yarada bilər.
“Ermənistan Rusiyanın müttəfiqidir” xatırlatmasını edən Sergey Lavrovun Cənubi Qafqazla bağlı səsləndirdiyi fikirlər isə politoloq tərəfindən mübahisəli hesab olunub. Lavrov bildirib ki, Rusiya regionda vəziyyətin nə qədər mürəkkəb olduğunu görür. Elxan Şahinoğlunun fikrincə isə, bu yanaşma reallığı tam əks etdirmir.
Politoloq qeyd edib ki, əksinə, hazırda Cənubi Qafqazda ən mürəkkəb mərhələ geridə qalıb, Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesi genişlənməkdədir. Onun diqqət çəkdiyi məqamlardan biri də odur ki, Lavrovun Simonyanla görüşündə Rusiyanın regionda sülh prosesindən məmnunluq ifadə edən hər hansı açıqlaması səslənməyib.
Elxan Şahinoğlu vurğulayıb ki, mövcud sülh prosesi Rusiyanın özü üçün də faydalıdır. Belə ki, Moskva hazırda taxıl məhsullarını dəmiryolu vasitəsilə Azərbaycan üzərindən Ermənistana ixrac edə bilir. Bu amil regionda sabitliyin həm siyasi, həm də iqtisadi baxımdan əhəmiyyətini bir daha göstərir.
Eltac Zülfüqaroğlu
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?












