Sərhəddə ticarət indikatoru üzrə görülən son işlər barədə məlumat verilib

Noyabrın 29-da Dövlət Gömrük Komitəsində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının "Sərhəddə ticarət" indikatoru üzrə işçi qrupunun növbəti iclası keçirilib.
Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Baş İdarə rəisləri, İqtisadiyyat, Ədliyyə nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və konsaltinq şirkətlərinin nümayəndələri iştirak edib.
Komitə sədrinin müavini Cavad Qasımov "Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə xarici ticarət sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üçün İcra və Kommunikasiya Planı" üzrə görülmüş işlər barədə geniş məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Əlavə olaraq, ticarətin asanlaşdırılması çərçivəsində görülən tədbirlər üzrə "Yaşıl Dəhliz" buraxılış sisteminin tətbiqinin nəticələri, məcburi qərarlar layihəsi,xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə idxal və ixrac rüsumları, o cümlədən prosedurlar və tələb olunan sənədlər barədə məlumatları özündə əks etdirən yeni portal, elektron gömrük xidmətlərindən mobil rabitə vasitələri ilə istifadə edilməsinə dair yeniliklər barədə məlumatlar vurğulanmışdır. Həmçinin Komitə sədrinin müavini tərəfindən bildirilib ki, Azərbaycanın dövlət sərhədlərində qarşı tərəflərlə koordinasiyalı şəkildə birgə gömrük nəzarəti mexanizminin tətbiq olunması Dövlət Gömrük Komitəsinin prioritet hədəflərinə daxildir və artıq bu istiqamətdə bir sıra zəruri işlər başa çatdırılmışdır.
Eyni zamanda vurğulanıb ki, tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarının cəlb edilməsi, yüklərin çatdırılma müddətinin azaldılması, beynəlxalq yük daşımaları zamanı sərhəd-keçid prosedurlarının optimallaşdırılması, ölkəmizin "Doing Business" hesabatının "Sərhəddə ticarət" indikatoru üzrə mövqeyinin yüksəldilməsi, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsi üçün əlverişli şəraitin yaradılması məqsədilə gömrük-sərhəd buraxılış məntəqələrinin müasir standartlara uyğun yenidən tikilməsi və infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlı layihələndirilmə işləri artıq başa çatdırılıb və layihələrin icrası üzrə tədbirlər görülməkdədir.
Buna əlavə olaraq qeyd edilib ki, 2019-cu ilin dekabrında tam istifadəyə veriləcək Ticarətin Asanlaşdırılması Mərkəzi infrastruktur hədəflərə bariz nümunədir. Bu mərkəz sərhəd-buraxılış məntəqələrində əməliyyat və prosedurların daha da sürətləndirilməsinə yardım edəcək, fitosanitar, sanitar və gömrük nəzarətinin sərhəd-keçid məntəqəsindən kənarda, terminal ərazisində aparılmasına əlverişli imkan yaradacaq. Ərazidə tikilən yükboşaltma yerləri, məhsulların saxlanması üçün anbarlar, eləcə də nəqliyyat vasitələri üçün dayanacaq imkanları, xüsusi rentgen qurğuları gömrük nəzarəti və rəsmiləşdirilməsi prosesinin daha səmərəli və asan həyata keçirilməsinə münbit şərait yaradacaq.
Sonra iclasda qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












